"Qarabağ"ın legioneri: Biz döyüşdən çəkinmirik - FOTO

Qarabağın legioneri: Biz döyüşdən çəkinmirik - FOTO
Foto
İdman 57

"Qarabağ"ın futbolçusu Leandro Andrade Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.

O, "Biz döyüşdən çəkinmirik" yazıb.

Qeyd edək ki, "Ludoqorets" Bakıdakı ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər