"Qarabağ"ın kapitanının son durumu bəlli oldu
"Qarabağ"ın kapitanı Maksim Medvedevin son durumu açıqlanıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 32 yaşlı müdafiəçi zədəsini sağaltmaq üzrədir.
Təcrübəli futbolçu "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün komanda ilə birlikdə Çexiyaya yollanacaq. Medvedevin sözügedən qarşılaşmada oynayıb-oynamayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını buraxıb.
Oxşar xəbərlər
Ansi Aqolli: "Qarabağ" pley-offa çıxmaqla öz gücünü sübut edib"
"Viktoriya" yadımda çox yaxşı təşkilatlanmış komanda kimi qalıb". BAKU.WS xəbər verir ki, bunu "report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli...