"Qarabağ"ın iki aparıcı futbolçusu "Dinamo" ilə matçları buraxacaq

Qarabağın iki aparıcı futbolçusu Dinamo ilə matçları buraxacaq
İdman 117

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın "Dinamo" komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

Bu barədə BAKU.WS-ə "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Bolqarıstanda "Ludoqorets"ə qarşı III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) "köhlən atlar" səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər