"Qarabağ"ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli oldu

Qarabağın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli oldu
İdman 1258

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup oyununda qələbə qolunu vurduqdan sonra ağlamasının səbəbi bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyi bəlli olub. Belə ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz verib.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər