"Qarabağ"ın əsas qapıçısı əməliyyat olundu

19
dek
2021
15:00
"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub. Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.

Oxşar xəbərlər
"Aberdin" və "Qarabağ"ın start heyətləri açıqlandı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin Şotlandiyakı cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Aberdin" komandalarının start heyətləri açıqlanıb. BAKU.W...