Azərbaycan millisinin qapıçısı "Tobol"dan ayrılıb

Azərbaycan millisinin qapıçısı Toboldan ayrılıb
İdman 508

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Tobol"la yollarını ayırıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, Kostanay şəhərinin təmsilçisi 26 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıqla xitam verib. Qazaxıstan klubu ötən mövsüm əsas heyət üzvü olan Balayevə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Tobol"un heyətində 36 oyunda iştirak edən Emil Balayev ötən mövsüm Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. Millimizin üzvünün müqavilə müddəti yaya qədər idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər