“Qarabağ”ın əsas qapıçısı “Bayer 04”lə oyunda zədələnib
09
noy
2023
23:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyanın “Bayer 04” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.
“Report”un məlumatına görə, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın ikinci hissəsində dizindən xəsarət alıb.
Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə hesab 0:0-dır.
Oxşar xəbərlər
Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubu...