“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində 9 mümkün rəqibi bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki 9 mümkün rəqibi bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, püşkatma zamanı səpələnmişlərin siyahısında yer alacaq Ağdam təmsilçisi reytinqi aşağı komandalardan birinə rəqib olacaq.
Ümumiyyətlə, I raundun 32 iştirakçısından 22-si məlumdur. Püşk zamanı onlardan 10-u güclülər, 9-u zəiflər arasında olacaq. Digər 3 komandanın isə hansı səbətə düşəcəyi hələlik qeyri-müəyyəndir.
Püşkatmada hər səbətdə 16 klub yer alacaq. “Qarabağ”ın isə Ermənistan çempionu ilə qarşılaşması mümkün olmadığından, Azərbaycan çempionu 15 komandadan birinə rəqib olacaq. İlkin mərhələnin qalibi də I raundda səpələnməmişlər arasında yer alacaq.
“Qarabağ” Çempionlar Liqasındakı ilk duelindən üstün ayrılsa, II təsnifat mərhələsində də səpələnmişlərin səbətində qərarlaşacaq.
UEFA Çempionlar Liqasıİlkin mərhələ
Səpələnmişlər:
“Breydablik” (İslandiya)
Monteneqro çempionu
Səpələnməmişlər:
“Tre Penne” (San-Marino)
“Atletik Ekaldes” (Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Ferentsvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Jalgiris” (Litva)
HIK (Finlandiya)
“Flora” (Estoniya)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
Səpələnməmişlər:
“Klaksvik” (Farer adaları)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Rakuv” (Polşa)
“Haken” (İsveç)
“Valmieras” (Latviya)
“Larne” (Şimali İrlandiya)
“Hamrun” (Malta)
“Hesperange” (Lüksemburq)
“Struqa” (Şimali Makedoniya)
Qeyri-müəyyənlər:
“Olimpiya” (Sloveniya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Linkoln” (Cəbəllütariq)
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...