“Qarabağ”ın avrokuboklardakı ən unudulmaz oyunları - VİDEO
18
sen
2019
16:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Avropa Liqasında 2019/2020 mövsümünün qrup mərhələsinə start veriləcək.BAKU.WS xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Sevilya” klubunu qəbul edəcək.Tofiq Bəhramov adına Respublika Stadionundan keçiriləcək oyun 19 sentyabr saat 19:55-də başlayacaq.Məlumat üçün bildirək ki, “Qarabağ” ardıcıl 6-cı mövsümdür avrokuboklarda qrup mərhələsində çıxış edir. Bunlardan 5-i Avropa Liqası, 1-i isə Çempionlar Liqasındadır (2017/2018).Bu vaxta qədər UEFA bayrağı altındakı turnirlərdə 119 oyun keçirən Ağdam təmsilçisi 44 qələbə qazanıb, 45 dəfə məğlub olub. 30 oyun isə bərabərliklə başa çatıb.Avropa Liqasının qrup mərhələsində isə 30 oyun keçirən təmsilçimiz, bu oyunların 5-də qalib gəlib, 14 oyunda uduzub, 5 oyunda da bərabərə oynayıb. Bu oyunlarda rəqib qapılarına 16 qol vurub, öz qapısında isə 38 qol görüb. Təəssüf ki, heç bir mövsümdə qrupdan çıxa bilməyib.“Qarabağ”ın Avroliqanın qrup mərhələsində PAOK, “Vorskla”, “Anderlext”, “Dnepr” kimi qələbələri, həmçinin Çempionlar Liqasında “Roma” və “Atletiko Madrid” kimi nəhəng komandalardan xal qazanmağı unudulmayan oyunlar arasına daxil olub.Bundan başqa, qrup mərhələsi yolunda - təsnifat mərhələlərində də “Qarabağ”ın bir sıra unudulmaz zəfərləri də yaddaşlardan silinməyib.Aşağıda həmin oyunları xatırlatmaq üçün qısa icmalları təqdim edəcəyik.“Qarabağ” avrokuboklardakı nəticələri:18 sentyabr 2019-cu il tarixinə olan məlumat
“Qarabağ” - PAOK - 2:0UEFA Avropa Liqası 2016/17 mövsümü, qrup mərhəlsəsi - 20 oktyabr 2016-cı il
| Sıra | Turnir | O | Q | H | M | Qollar |
| 1 | Çempionlar Liqası | 42 | 17 | 15 | 10 | 45-33 |
| 2 | Avropa Liqası | 70 | 26 | 15 | 29 | 74-91 |
| 3 | Kuboklar Kuboku | 4 | 0 | 1 | 3 | 1-12 |
| 4 | İntertoto Kuboku | 4 | 1 | 0 | 3 | 2-11 |
| - | Cəmi | 119 | 44 | 30 | 45 | 122-147 |
Oxşar xəbərlər
"Qarabağ"ın qrup mərhələsindəki oyunlarının TƏQVİMİ
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.BAKU.WS-in məlumatına görə, Ağdam təmsilçisi ilk turda İspaniya "Sevilya"...