“Qarabağ” avrokubokların qrup mərhələsinə yüksəlib
29
avq
2019
22:01
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Artırılma dəqiqələrdə Şeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb. “Linfild” üzərində 2:1 hesablı qələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.20:34UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşır.Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə azarkeşlər erkən qola şahidlik ediblər."Qarabağ" 6-cı dəqiqədə hesabı açıb.Xayme Romero erkən qolla komandasını önə çıxarıb.20:05Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.Cavab matçlarına Bakıda start verilib.Aavrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirində qrupa düşmək üçün mübarizə aparır.Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir. Səfərdəki ilk görüşdə 2:3 hesabı ilə uduzan “Qarabağ” Belfastdakı məğlubiyyətin əvəzini çıxmalıdır.Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı matçda çempionumuz mütləq qalib gəlməlidir. Lakin təmsilçimizi mərhələ keçmək üçün 2 və ya daha çox top buraxmaqla minimal fərqli qələbə qane etmir.“Qarabağ” “Linfild” səddini adlaya bilsə, ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynayacaq. Bununla da son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” 2014-cü ildə başlayan seriyasını davam etdirəcək.Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib. 19:10Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Qarabağ" və Şimali İrlandiyanın "Linfild" komandalarının start heyətləri açıqlanıb.Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:“Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris KeysmentQeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb
“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb...