“Qarabağ”dan azarkeşlərinə bayram jesti
21
apr
2023
17:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” futbol klubu Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.
BAKU.WS Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.
Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması - “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.
“Qarabağ” - “Zirə” matçı saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...