“Qarabağ”dan “Araz-Naxçıvan”la oyunda çətin qələbə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, günün ilk matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 15-ci dəqiqədə meydan sahibləri açıblar. Fransalı yarımmüdafiəçi Adama Diakabi fərqlənib. Fasilədən sonra gözlənilmədən qonaqlar bərabərlik topunu vurublar. Bosniya və herseqovinalı yarımmüdafiəçi Miço Kuzmanoviç 57-ci dəqiqədə rəqibi mərkəzə dəvət edib.Buna baxmayaraq, Naxçıvan təmsilçisi sona qədər müqavimət göstərə bilməyib. 90+5-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”a 2:1 hesablı qələbə qazandıran qolu vurub. Bu qələbədən sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 3 xalla 6-cı yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” isə “Səbail”i (2:1) məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” - “Neftçi” görüşü ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...