"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər

Qarabağ və Neftçinin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər
İdman 90

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycanda çıxış edə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə report-a 34 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

Təcrübəli oyunçu bildirib ki, aid olduğu yerə qayıtsa, özünü xoşbəxt hiss edər: "Orada nə baş verdiyini bilmirəm. Amma, bir çox insan mənə bununla bağlı mesaj göndərir".

Haiti millisinin üzvü "Sumqayıt"a keçə biləcəyi ilə bağlı xəbəri isə təkzib edib: "Heç bir təklif almamamışam. Anlaşmadan isə söhbət gedə bilməz. Çünki hazırkı klubumla yayadək müqaviləm var".

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər