"Qarabağ" vacib üç xalı son saniyədə qazandı - Komandanın uğuru beynəlxalq mediada
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında idman jurnalisti Səbuhi Musa "Qarabağ" futbol klubunun "Ayntraxt Frankfurt" komandası üzərindəki qələbəsini şərh edib.
Jurnalist oyunu belə dəyərləndirib: "Qarabağ" "Ayntraxt"la pis oynamadı, gözləntiləri doğrultdu. "Ayntraxt"ın məğlub olacağı hiss olunurdu. Bunun bir neçə səbəbi var idi: komandanın baş məşqçisi dəyişmişdi, hücumçu problemləri var idi və onlar 3 dəfə səfər oyununa çıxmışdılar. Bu matçda "Qarabağ"ın oyunçusu Abdullah Zubir çox parlamasa da, komanda olaraq möhtəşəm oyun sərgilədilər".
Səbuhi Musa, həmçinin Ağdam klubunun pley-off şanslarını da şərh edib:
"Axırıncı qələbədən sonra 18-ci yerdəyik. Qarşıdakı oyunumuz "Liverpul"la olacaq. Məncə, "Liverpul" "Qarabağ"a qarşı oyuna ikinci heyəti buraxa bilər. "Liverpul"dan alınacaq bir xal bizim üçün kifayətdir. Hər şey gedişatdan asılıdır, amma mənə elə gəlir ki, 99 faiz pley-offu təmin etmişik".
Oxşar xəbərlər
Musa Ağayev erməni rəqibini məğlub etdi
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Musa Ağayev (65 k...