"Qarabağ" ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna klubları Aleksey Kaşuk üçün "Qarabağ"a rəsmi təklif göndərməyib.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.
"Ukraynanın heç bir klubundan Kaşuk üçün rəsmi transfer təklifi almamışıq", - deyə klub rəsmisi bildirib.
Aleksey Kaşuk 2024-cü ildən "Qarabağ"ın formasını geyinir. O bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu bir qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin oyunların yalnız birində start heyətində yer alıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...