"Qarabağ" Ukrayna klubuna 6:2 uduzdu
01
iyl
2026
17:48
"Qarabağ" təlim-məşq toplanışında olduğu Avstriyada daha bir yoxlama oyunu keçirib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandamızın qollarını Jali Muaddib və penaltidən Kadi Borges vurublar.
"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan paraüzgüçüləri Avropa çempionatına Gəncədə hazırlaşırlar
Azərbaycanın paraüzgüçülük üzrə milli komandasının üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edir...