"Qarabağ" UEFA Çempionlar Liqasında dünya nəhənglərini geridə qoydu
UEFA Çempionlar Liqasının 2025–2026 mövsümü ilə bağlı maraqlı statistika açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə məşhur futbol platforması "Transfermarkt" məlumat yayıb.
Beə ki, "Qarabağ" heyətinin bazar dəyərinə nisbətdə turnirdə göstərdiyi nəticəyə görə bütün klubları geridə qoyaraq birinci pillədə qərarlaşıb.
Statistikaya əsasən, Ağdam təmsilçisi heyətinin dəyəri ilə qazandığı xallar arasında +17 fərqlə siyahının lideridir. Bu göstərici ilə "Qarabağ" Avropanın aparıcı klubları olan "Bayern", "Liverpool", "Tottenhem" və "Nyukasl" kimi komandaları qabaqlayıb.
Siyahıda ikinci yerdə Türkiyənin "Qalatasaray" klubu (+10) qərarlaşıb. İlk beşliyi isə "Bayern" və "Atalanta" (hər biri +8), həmçinin "Sportinq" (+6) tamamlayır.
Mütəxəssislər Qarabağın bu nəticəsini klubun stabil oyun fəlsəfəsi, effektiv taktiki yanaşması və baş məşqçi Qurban Qurbanovun uzunmüddətli sistemli işi ilə əlaqələndirirlər. Statistik göstərici Azərbaycan futbolunun Avropa səviyyəsində rəqabətə davamlı olduğunu bir daha nümayiş etdirir.
Oxşar xəbərlər
AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb
AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb. BAKU.WS report-a isinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub....