“Qarabağ” Türkiyənin III liqa klubunun oyunçusunu istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adı açıqlanıb.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, TFF III liqa təmsilçisi “1928 Bucaspor”un vingeri Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər. Premyer Liqanın lideri sol cinah oyunçusunu heyətinə cəlb etməkdə maraqlıdır. Hətta “Qarabağ”ın 20 yaşlı futbolçu ilə bağlı ilk cəhdinin uğursuz olduğu vurğulanıb. Ağdamlılar gələn həftə ikinci dəfə “1928 Bucaspor”un “qapısını döyəcək”.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...