"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
22
apr
2026
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubu hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
BAKU.WS azerisport.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçiləri qabonlu cinah oyunçusu Şavi Babika ilə maraqlanırlar.
25 yaşlı hücumçu icarə əsasında Türkiyə Superliqasında mübarizə aparan "Karagümrük" komandasında çıxış edir. Forvard müqavilə ilə Serbiyanın "Srvena Zvezda" klubuna məxsusdur.
Futbolçunun klubu ilə müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...