"Qarabağ" İsraildə "Aşdod"la oynayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Premyer Liqanın vitse-çempionu "Qarabağ" bu gün növbəti sınağına çıxacaq.
BAKU.WS apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Aşdod"la görüşəcək.
Bakıda rəqibinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun yetirmələri İsraildə qələbə qazanmağa çalışacaq. Heyətlə bağlı ciddi problemləri olan təmsilçimiz son 7 ildə olduğu kimi yenə qrupda oynamaq üçün ilk addımı atmalıdır.
Avrokuboklar tarixində ilk qələbəsini İsraildə əldə edən "Qarabağ" bu ölkəyə yenə ümidli yollanıb. Səfər qələbəsi son illərdəki uğurunu təkrarlaması üçün vacibdir.
Qeyd edək ki, "Aşdod" - "Qarabağ" cütünün qalibi III təsnifat mərhələsində AEL (Kipr) - "Vlajniya" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Konfrans LiqasıII təsnifat mərhələsi, cavab oyunu29 iyul21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)Baş hakim: Novak Simoviç (Serbiya)Aşdod. "Jabotinski" stadionuİlk oyun - 0:0
Oxşar xəbərlər
"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu
UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Az...