"Qarabağ" "Rakuv"u keçsə, 17 milyonluq "Aris"lə qarşılaşacaq - FOTO

Qarabağ Rakuvu keçsə, 17 milyonluq Arislə qarşılaşacaq - FOTO
İdman 81

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Rəqib Polşa çempionu "Rakuv"du.

BAKU.WS-in məlumatına görə, İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə Kiprin “Aris” klubu ilə qarşılaşacaq.

“Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Qeyd edək ki, "Aris" — Limassol şəhərində yerləşən Kipr peşəkar futbol klubudur. 1930-cu ildə yaradılıb. Klubun rəngləri yaşıl və ağdır. "Aris"in prezidenti belaruslu Vladimir Fedorovdur.

Klub ev oyunlarını 10 min 700 azarkeş tutumu olan "Alfamega" stadionunda keçirir. "Aris" tarix boyu bir dəfə - 2022-2023-cü il mövsümündə Kipr çempionatında qalib olub.

Hazırda "Aris"in nüfuzlu Almaniya portalı "Transfermarkt"dəki ümumi dəyəri 17,18 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu Slobodan Uroşeviçdir. Onun transfer dəyəri 3,5 milyon avrodur. Eyni zamanda klub dəyəri 1,5 milyon olan Mariusz Stepinski və 1 milyon olan Leo Bengtsson, Veljko Nikoliç, Julius Szoke adlı futbolçulara da malikdir.

Son xəbərlər