“Qarabağ” – “Rakuv” oyununu almaniyalı hakim idarə edəcək

“Qarabağ” – “Rakuv” oyununu almaniyalı hakim idarə edəcək
İdman 65

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.

Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.

Son xəbərlər