"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb - YENİLƏNİB-3
Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
"Köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olub. "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça Azərbaycan çempionu üstün başlasa da, ilk qolu 25-ci dəqiqədə meydan sahibləri vurublar. Əks-hücumu Kike Qomes məntiqi sonluqla başa çatdırıb. Buraxılan topdan sonra "Qarabağ" Nəriman Axundzadə ilə qola yaxın olsalar da, ilk hissədə hesabı bərabərləşdirmək mümkün olmayıb və komanda fasiləyə məğlub yollanıb.
İkinci yarıya da fəal başlayan "köhlən atlar" istədiyi qolu 58-ci dəqiqədə vurub. Abdullah Zubirin ötürməsindən sonra Redon Cica qüvvətli zərbə ilə tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yassin Benzia qoyub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
***21:11
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.
58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib - 1:1.
***20:10
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu "Viktoriya" stadionunda Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...