“Qarabağ” - “Qalatasaray” matçından əldə olunan vəsait açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” və “Qalatasaray” arasında Bakıda keçirilən xeyriyyə matçından əldə olunan vəsaiti bəlli olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.
Məbləğ Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” - “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşı...