"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Qarabağ - Olimpiakos oyununa cəmi 2 min bilet qalıb
İdman 93

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb.

BAKU.WS xəbər verir ki, Ağdam klubundan "report"a verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər