"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Olimpiakos" oyununa bilet satışı bu gün də davam edir.
Qonaq komandanın azarkeşləri oyuna gəlmədiyindən əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılır.
Bu barədə BAKU.WS klubun feysbuk səhifəsinə istinadən xəbər verir.
Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar bu gün saat 17:00-a qədər fəaliyyət göstərəcək. Digər biletləri isə iticket.az saytından da ala bilərsiniz.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. "Qarabağ" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios K...
