“Qarabağ” klubu “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” dünyanın tanınmış idman institutlarından olan “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
BAKU.WS klubun mətbuat xidmətinə istinadən məlumatına görə, sözləşməyə əsasən, Azərbaycan çempionunun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov “Johan Cruyff Institute”da təhsil alacaqlar.
Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev də həmin yerdə təhsilini davam etdirir.
Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini, təhsillərini artırmaq imkanı əldə edəcəklər.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...