"Qarabağ" klubu 1,4 milyon qazandı

14
noy
2019
12:49
Avropanın ali futbol qurumundan (UEFA) gələn 781 min avro (1 milyon 461 min AZN) vəsait “Qarabağ”ın hesabına köçürülüb. BAKU.WS xəbər verir ki, “Qarabağ” futbol klubunun UEFA Avropa Liqası turnirinin qrup mərhələsində çıxışına görə (1 qələbə üçün 570.000 avro, 1 heç-heçəyə görə 190.000 avro) və Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21.000 avro (market-pool – ilkin ödəniş) ödəniş edilib. Qeyd edək ki, vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarına 2,4 milyon avro ayırıb
Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klub...
