"Qarabağ"ın qapıçısı 4-6 aylıq sıradan çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.
Bu barədə BAKU.WS-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınan "Sabah"la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam edir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...