"Qarabağ"ın London səfəri - Təmsilçimizin şansı necə qiymətləndirilir?
Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.
Londondakı "Tottenhem Hotspur" stadionunda "Tottenhem"ə qarşı keçiriləcək bu matç dünya futbolsevərlərinin də gündəmindədir.
BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, mütəxəssislər "Qarabağ"ın "Tottenhem"lə matçda şanslarını dəyərləndirib.
Təəccüblü deyil ki, "Tottenham" açıq-aydın favorit hesab olunur.
Müqayisə üçün "Qarabağ"ın qələbəsi bukmeker kontorlarında 18.0 (5%), heç-heçə isə 8.40 (11%) əmsalı ilə təqdim olunur.
Ümumilikdə 2,5-dən yuxarı qol 1,35 əmsalla, 2,5-dən az qol isə 3,20 əmsalla mövcuddur. Təmsilçimizin qolu şübhə altındadır və yalnız 52% ehtimal verilir.
Ancaq ev sahibi komandanın ən azı iki top fərqi ilə qələbəsi 1,47 əmsalı ilə qiymətləndirilir. Bu da təqribən 70% ehtimaldır.
Xatırladaq ki, matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qalatasaray"dan sürpriz transfer: Saşa Boey geri qayıdır
Türkiyənin "Qalatasaray" klubu heyətini tanış adla gücləndirib. İstanbul təmsilçisi daha əvvəl komandada çıxış etmiş Saşa Boey ilə yenidən razılıq əldə edib. BA...