"Qarabağ"ın futbolçusu: "İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borcluyuq"
İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ" futbol klubunun hücumçusu Musa Qurbanlı deyib.
23 yaşlı oyunçu Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfər barəsində danışıb:
"Bu gün bu torpaqlarda olmaqdan qürur duyuruq. İşğaldan azad olunmuş torpaqlara olan səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik. Müqəddəs torpaqlar uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə can sağlığı arzu edirəm. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirən döyüşçülərimizlə fəxr edirik".
Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri işğaldan azad olunmuş bölgələrə səfər çərçivəsində ilk olaraq Şuşa şəhərinə yollanıblar. Ardınca Xankəndi sakinləri ilə görüşən kollektiv sonda Ağdama yola düşəcək.
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...