"Qarabağ"ın əvəzedici komandasına yeni baş məşqçi təyin edilib
28
iyn
2025
19:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubunun əvəzedici komandasında yeni təyinat baş tutub.
BAKU.WS-in məlumatına görə, komandanın baş məşqçi postu klubun keçmiş kapitanı Maksim Medvedevə həvalə olunub. O, bu vəzifədə Cavad Mirzəbəylini əvəzləyib.
Medvedevin son iş yeri "Qarabağ"ın U-14 komandası olub.
Qeyd edək ki, "Qarabağ"ın əvəzedici komandası ötən mövsümü 58 xalla turnir cədvəlində 4-cü yerdə tamamlayıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...