"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq
Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümü üzrə I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
BAKU.WS xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" klubunun ilk rəqibi müəyyənləşəcək.
Ağdam təmsilçisinin mümkün rəqibləri arasında Slovakiyanın "Jilina", Serbiyanın "Voyvodina", Rumıniyanın "Universitatya" (Kluj), Sloveniyanın "Aluminiy", İrlandiyanın "Derri Siti" və İslandiyanın "Vestri" komandaları yer alır.
Püşkatma mərasiminin Bakı vaxtı ilə saat 19:00-da başlaması nəzərdə tutulub.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab qarşılaşmaları isə iyulun 16-da keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq
"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq. Report-un məlumatına görə, püşkatma mərasimi İsve...