"Qarabağ" ÇL-də 7 milyon avro QAZANDI

Qarabağ ÇL-də 7 milyon avro QAZANDI
İdman 294

"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi son qarşılaşmada yalnız meydandakı uğuru ilə deyil, maliyyə baxımından da diqqət çəkib.

BAKU.WS-in məlumtına görə, Ağdam təmsilçisi doğma arenada Almaniyanın "Ayntraxt" klubunu məğlub etməklə növbəti əhəmiyyətli qazanca imza atıb. Bu qələbə Qurban Qurbanovun rəhbərlik etdiyi komandaya 2,1 milyon avro, yəni təxminən 4,2 milyon manat mükafat gətirib.

Xatırladaq ki, "Qarabağ" bundan əvvəl Çempionlar Liqasının liqa mərhələsində "Benfika" və "Kopenhagen" üzərində qalib gəlib, "Çelsi" ilə qarşılaşmadan isə bir xalla ayrılıb. Bu nəticələr sayəsində komanda turnirdə aktivinə 10 xal yazdırıb.

Nəticədə Ağdam klubu Çempionlar Liqasındakı çıxışından ümumilikdə 7 milyon avro (təqribən 13,9 milyon manat) gəlir əldə edib.

Qeyd edək ki, UEFA-nın 2025/26 mövsümü üçün müəyyənləşdirdiyi mükafat mexanizminə əsasən, liqa mərhələsində iştirak edən klublar start haqqı ilə yanaşı, hər oyunun nəticəsinə görə əlavə bonus qazanırlar. Belə ki, qələbə 2,1 milyon avro, heç-heçə isə 700 min avro məbləğində mükafatla qiymətləndirilir.

Son xəbərlər