"Qarabağ"dan yeni rekord
"Qarabağ" klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Belə ki, Qurban Qurbanovun yetirmələri rəqib meydanında "Kəpəz"i 5:0 hesabı ilə məğlub ediblər.
Qarşılaşmada vurulan 3-cü qol "Qarabağ"ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da, Ağdam təmsilçisi 647 səfər qoluna sevinən "Neftçi"nin rekordunu yeniləyib. "Kəpəz"lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, "Qarabağ" 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...