"Qarabağ" Çempionlar Liqasında iştirak ərizəsini AÇIQLADI

"Qarabağ" klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur.
Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç
Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə
Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə
Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Oxşar xəbərlər
Avropa futbolunda ilin ən bahalı 10 transferi - İlk üç yerdə "Qarabağ"ın rəqibidir
Avropa futbolunda bu yay reallaşan ən bahalı transferlərin siyahısı bəlli olub. BAKU.WS məşhur Transfermarkt portalına istinadən xəbər verir ki, ilk üç pilləni...
