"Qarabağ" çempionatda "Turan Tovuz"a uduzub
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ı məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 1:2. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...