“Qarabağ” bu gün “Sürix”lə cavab oyununa çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşacaq.
Cavab oyunu Bakı vaxtı ilə 21:00-da "Letsiqrund" stadionunda baş tutacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.
Xatırladaq ki, ilk matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) – "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...