"Qarabağ" Azərbaycan Kubokunda rekord qırdı
"Qarabağ" Azərbaycan Kubokunun tarixində yeni rekorda imza atıb. Komanda turnirin finalına 12-ci dəfə yüksələrək bu göstəricidə "Neftçi"ni geridə qoyub.
BAKU.WS klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi yarımfinal mərhələsində "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb – ilk oyunda 0:1 uduzan komanda cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" indiyədək oynadığı 11 finalın 8-də qalib gəlib. Komanda 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24 mövsümlərində kuboku qazanıb. Yalnız üç dəfə – 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.
Oxşar xəbərlər
Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri
2025–2026 mövsümünün qış transfer dövründə Avropanın aparıcı futbol liqalarında bir sıra mühüm keçidlər rəsmiləşib. BAKU.WS xəbər verir ki, klublar heyətlərini...