"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.
BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb.
Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Bildirilir ki, bu keçiddən "Riyeka" təxminən 500 min avro gəlir əldə edəcək.
27 yaşılı qapıçı komandası ilə bütün turnirlərdə keçirdiyi 53 oyunda 58 qol buraxıb, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...