"Qarabağ" avrokuboklara vəsiqəni təmin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "köhlən atlar" buna Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə nail olub.
Səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...