“Qarabağ” AL-nın qrup mərhələsi üçün iştirak ərizəsini açıqladı - Fransız legionerin adı yoxdur - FOTO
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə klub məlumat yayıb.
Belə ki, Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.
Hücumçu Adama Diakabinin adı isə heyətə salınmayıb. Fransalı futbolçunun komandadan ayrılması gözlənilir.
Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov
Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yasin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev
Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 19. Redon Cica, 90. Nəriman Axundzadə
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sın...