Qara Qarayev 12 il sonra "Qarabağ"dan ayrılır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qara Qarayev növbəti mövsümə “Qarabağ”da başlamayacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Ağdam klubunu tərk etməklə bağlı qərarını qətiləşdirib.
Qarayev komandadakı mövqeyindən narazıdır. Yarımmüdafiəçi anlayır ki, Patrik Andradenin qayıtmasından sonra onsuz da az olan oyun vaxtı bir qədər də azalacaq.
Hazırda Qurban Qurbanov mərkəz xətdə Julio Romao, Marko Yankoviç, Leandro Andrade kimi adlara üstünlük verir. Üstəlik Yassin Benziya formaya düşüb və start heyət üzvünə çevrilib. Yaxın zamanda Patrik Andrade formasını bərpa edib əsas heyət uğrunda rəqabət aparacaq. Qurbanovun əlində Riçard Almeyda variantı da var.
Buna görə Qarayev üçün oynamaq şansı xeyli azalıb. Digər tərəfdən, Ağdam klubundan onun üçün nəzərdə tutulan yeni müqavilədə məvacibinin azaldılması planlaşdırılıb.
Qarayevin Premyer Liqanın digər klublarından daha sərfəli iki təklifi var. O, yaxın günlərdə son qərarını verəcək.
“Qarabağ”ın yetirməsi olan Qarayev 2011-ci ildən Ağdam klubunun əsas komandasında çıxış edir. 12 il ərzində doqquz dəfə Azərbaycan çempionu olan yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” klubuna qarşı I təsnifat mərhələsi oyunlarında (2:1, 4:0) cəmi üç dəqiqə meydanda olub və bir məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...