"Qalatasaray"ın yeni transferi İstanbula gəldi - VİDEO
Transfer işlərinə ara vermədən davam edən Türkiyə Super Liqasının nəhəngi "Qalatasaray" yeni sol cinah müdafiəçisini almağa çox yaxındır.
BAKU.WS xəbər verir ki, Almaniyanın "Hannover 96" komandasının futbolçusu Derrik Köhn müqavilə imzalamaq üçün İstanbula gəlib.
"Sarı-qırmızılılar"ın qısa müddət ərzində 25 yaşlı futbolçunu rəsmən açıqlaması gözlənilir.
Aeroport çıxışında mətbuat mənsublarının açıqlama gözlədiyi Derrik Köhn “Salam” deyərək maşınına minib.
Qalatasaray Derrik Köhn üçün Hannover 96-ya bonuslar daxil olmaqla təxminən 4 milyon avro ödəyəcək. Bundan əlavə, müqaviləyə növbəti satışın 10 faiz payı daxil olacaq.
Onlar 25 yaşlı futbolçu ilə 3,5 + 1 illik müqaviləyə əl sıxışıblar. Alman futbolçu illik 450 min avro qazanacaq.
Bu mövsüm "Hannover 96" ilə ümumilikdə 20 matça çıxan 25 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...