"Qalatasaray" Fekiri transfer etmək istəyir
Superliqada çempionluq yolunda irəliləyən "Qalatasaray" transfer siyasətini davam etdirir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yay "transfer pəncərəsi" hazırlıqlarına başlayan "Qalatasaray" dünyaca məşhur ulduz Nabil Fekiri "radarına" salıb.
Fransız futbolçunun Okan Burukun istədiyi tip futbolçu olduğu bildirilir.
Fekirin isə "Real Betis"dən ayrılmaq istədiyi bildirilir.
Burukun təsdiqindən sonra "sarı-qırmızılılar" İspaniya klubu ilə təmaslara başlayacaq.
Qeyd edək ki, İspanlarla 2026-cı ilə qədər müqaviləsi olan ulduz bu mövsüm 16 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.
Hazırda bazar dəyəri 12 milyon avro olan fransız ulduz 2018-ci ildə "Lion"da oynayarkən bazar dəyəri 70 milyon avroya yüksəlmişdi.
Oxşar xəbərlər
"Qalatasaray"da yeni transfer İDDİASI
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray" Superliqadakı çıxışı ilə bəyənilən futbolçu üçün hərəkətə keçib. BAKU.WS-in xəbərinə görə...