"Qalatasaray"ın stadionunun adı dəyişdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Nef stadionu"nun adı dəyişdirilib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi RAMS Global ilə sponsorluq çərçivəsində müqavilə imzalayıb.
"Sarı-qırmızılılar"ın stadion adı 5 il müddətinə RAMS Park olacaq.
Ad və sponsorluq müqaviləsinin imzalanma mərasimi Ali Sami Yen İdman Kompleksində baş tutub.
Görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, klubun rəsmisi Erden Timur və RAMS Türkiyə CEO-su Devran Bülbül iştirak edib.
"Qalatasaray" bu müqavilə ilə 213 milyon 600 min TL qazanacaq.
Oxşar xəbərlər
"Qalatasaray"lıların sevinci: Azarkeşlərdən "Fənərbağça" tabutu - FOTO/VİDEO
"Qalatasaray" tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb. İstanbul təmsilçisi 4 illik çempionluq həsrətinə son qoyub. Klub axırıncı dəfə 2018/2019 mövsü...