"Qalatasaray"da İkardi həyəcanı: Okan Buruk narahatdır
22
dek
2023
12:25
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə derbi öncəsi Mauro İkardinin formada olmamasına qarşı tədbir görməyə çalışır.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, argentinalı ulduzun bu son həftələrdə formada olmaması baş məşqçini "Fənərbağça" derbisi öncəsi narahat edib.
İkardi ilə təkbətək görüşlər keçirəcək Buruk hücumçunu həm fiziki, həm də mənəvi cəhətdən derbiyə hazırlamaq istəyir.
Qeyd edək ki, ağrıları ilə oynayan İkardi Çempionlar Liqasında oynadığı son 3 matçda səssiz qalıb, liqadakı son matçında isə cəmi bir dəfə penaltidən fərqlənib.
Oxşar xəbərlər
“Qalatasaray” azarkeşlərinə PİS XƏBƏR - İkardinin yeni klubu bilindi
“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi yenidən “İnter”ə keçə bilər. BAKU.WS İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının güclü təmsilçisi...