"Qalatasaray"dan Altay Bayındır həmləsi
"Mançester Yunayted"in türkiyəli qapıçısı Altay Bayındır "Qalatasaray"a keçə bilər.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Fernando Muslera ilə anlaşan "Qalatasaray" əvəzedici qapıçı axtarışına başlayıb.
Baş məşqçi Okan Buruk komandasının heyətini gücləndirməyi hədəfləyir.
Bu səbəbdən də yerli qapıçı ilə problemi həll etmək və qapını etibarlı əllərə buraxmaq istəyir. İstanbul nəhəngi "Fənərbağça"nın sabiq futbolçusu Altay Bayındırı gündəminə gətirib.
İngiltərə mətbuatında milli qolkiperin fevral ayından etibarən komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Mövsümün əvvəlində 5 milyon avroya transfer olunan ulduz qolkiperin Türkiyəyə qayıtma ehtimalından istifadə edən rəhbərlik danışıqlara başlayıb.
Transfer razılaşması əldə olunarsa, Altay Floryaya gətiriləcək.
Oxşar xəbərlər
Altay Bayındır yenidən Türkiyə Super Liqasına qayıdır
Mövsümün əvvəlində "Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan, lakin oynamaq şansı olmayan Altay Bayındır Super Liqaya qayıdır. BAKU.WS xarici mətbua...