"Qalatasaray" "Yuventus"a futbol dərsi keçdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında İtaliyanın "Yuventus" klubunu 5:2 hesabı ilə məğlub edib.
BAKU.WS-in məlumatına görə, görüşə sürətli başlayan İstanbul klubu 15-ci dəqiqədə Q. Saranın qolu ilə hesabı açıb – 1:0.
Lakin cəmi bir dəqiqə sonra T. Koopmeiners tarazlığı bərpa edib – 1:1. Matçın 32-ci dəqiqəsində yenidən fərqlənən Koopmeiners "Yuventus"u önə çıxarıb – 1:2. İlk hissə qonaqların üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra "Qalatasaray" oyunda dönüş yaradıb. 49-cu dəqiqədə N. Lanq hesabı bərabərləşdirib – 2:2. 60-cı dəqiqədə isə D. Sançes komandasını yenidən önə keçirib – 3:2.
75-ci dəqiqədə N. Lanq fərqi artırıb – 4:2. Matçın son nöqtəsini isə 86-cı dəqiqədə V. Osimhenin ötürməsindən sonra S. Boey qoyub – 5:2.
Beləliklə, "Qalatasaray" möhtəşəm geri dönüş edərək "Yuventus" üzərində inamlı qələbə qazanıb və növbəti mərhələyə yüksəlmək yolunda ciddi üstünlük əldə edib.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. İlk yarış günündə yunan-...