“Qalatasaray” Qarabağda oyun keçirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” Qarabağda oyun keçirə bilər.
Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində bildirib.
“Bu əməkdaşlığın Heydər Əliyevin anadan olmasının 100 illiyində baş tutması çox dəyərlidir. Qarşıda anım üçün Qarabağda bir matç keçirməyi və ya türk ölkələri klublarının iştirak edəcəyi bir turnir təşkil etməyi planladığımızın müjdəsini vermək istəyirəm”, - deyə D.Özbek bildirib.
Qeyd edək ki, “Qalatasaray” 2024-cü ilin yanvarında “Fənərbağça”ya qarşı keçirəcəkləri Türkiyə Super Kuboku matçının da Bakıda təşkil olunmasını istəyir.
Oxşar xəbərlər
“Qalatasaray”ın prezidenti: “Superkubokun Bakıya salınması üçün təmaslarımızı davam etdirəcəyik”
“Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyən...